XƏBƏR LENTİ

Çərşənbə, 17 May 2017 08:52

“Baku-2017”: Türkiyə və İran milliləri su polosu yarışının finalına yüksəliblər

Azərbaycan və Səudiyyə Ərəbistanı yığma komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar

Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarının dördüncü günündə iki qarşılaşma oynanılıb və finalçılar müəyyənləşib.     

AZƏRTAC xəbər verir ki, günün birinci qarşılaşması İndoneziya və İran milliləri arasında oynanılıb. İranlı idmançılar bu dəfə də maraqlı oyun nümayiş etdirərək növbəti dəfə qalib gəliblər - 15:7.

Günün ikinci yarısında Türkiyə və Səudiyyə Ərəbistanı komandaları mübarizə aparıblar. Görüşdə üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri böyük hesabla rəqiblərinə qalib gəliblər - 16:5.

Beləliklə, su polosu yarışında ardıcıl üçüncü qələbəsini qazanan Türkiyə millisi finala yüksəlib. Finalda türkiyəli atletlərin rəqibi İran millisi olacaq.

Azərbaycan milli komandası isə üçüncü yer uğrunda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Su polosu yarışlarına mayın 17-də yekun vurulacaq.

 

 

 

AZƏRTAC

Read 9 times