XƏBƏR LENTİ

Çərşənbə, 17 May 2017 09:02

Mərakeş qəzetində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat dərc edilib

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetinin 12 may tarixli nömrəsində Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat dərc edilib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Forumun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə keçirildiyi bildirilir, tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış alimlər də daxil olmaqla 800-dən çox xarici nümayəndənin iştirakı etdiyi diqqətə çatdırılır.

Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılış mərasimində iştirak etdikləri bildirilir.

 

AZƏRTAC

Read 13 times