XƏBƏR LENTİ

Cümə axşamı, 29 Dekabr 2016 10:13

DÜNYA BU GÜN

PROKURORLAR: RUSIYA SƏFIRININ QATILI NIYƏ DIRI TUTULMAYIB?

“The Independent” qəzeti Türkiyə mediasında yayılmış xəbərlərə əsasən yazır ki, Rusiyanın Türkiyədəki səfirini qətlə yetirmiş polis əməkdaşının işini araşdıran prokurorlar qatilin nə üçün sağ ələ keçirilmədiyini araşdırırlar. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

İlkin istintaqa görə, Mövlud Mərd Altıntaş səfiri öldürdükdən sonra da polislərə “Siz məni diri tuta bilməyəcəksiniz” deyə qışqıraraq atəş açmaqda davam edirmiş. Xəbər verilir ki, Altıntaş ayaqlarından yaralandıqdan sonra da atəşi dayandırmayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi polis qüvvələrinin qatili zərərsizləşdirməsinə haqq qazandırıb. “Burada bəzi söhbətlər dolaşır ki, onu niyə diri tutmayıblar. Yadınızdadırsa, biz Beşiktaşda hücum edəni diri tutmaq istəyəndə nə baş verdi?”, - deyə prezident bildirib.

Qeyd edək ki, bu yaxınlarda İstanbulun Beşiktaş stadionunun yaxınlığında 45 saniyə intervalla iki partlayış baş vermişdi.

Həmçinin, xəbər verilir ki, hazırda müstəntiqlər qatilə məlumatların Rusiya səfirliyindən sızdırılmasının mümkünlüyünü araşdırırlar.

Rəcəb Tayyib Ərdoğan həmçinin jurnalistlərə bildirib ki, Türkiyə kəşfiyyatı Altıntaşın xarici əlaqələrini araşdırır və bu barədə artıq müəyyən məlumatlar da var.

Bununla belə, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş dövlət televiziyası ilə çıxışında qeyd edib ki, o, qatilin təkbaşına hərəkət etdiyinə şübhə ilə yanaşır. “Bu tək adamın adi basqını deyil. Burada səhnə arxasından onu idarə edənlər olub. Onların bu qətldə siyasi məqsədləri olub”

Numan Kurtulmuş əlavə edib ki, səhnə arxasında əli olanların məqsədi Rusiya-Türkiyə münasibətlərini pozmaqdır.

 

İSRAIL BIR NEÇƏ ÖLKƏ ILƏ MÜNASIBƏTLƏRI DAYANDIRIR

İsrail BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarı imzalayan ölkələrə sanksiya tətbiq etməyə hazırlaşır. “APA”nın məlumatına görə, İsrailin Qərbi Şəriada saldığı yaşayış yerlərini dərhal və tamamilə dayandırmasına yönələn qərar hökumət tərəfindən ciddi narazılıqla qarşılanıb.

Xəbər verilir ki, İsral hökuməti diplomatik əlaqələrin olduğu və BMT-nin qərarının altında imzası olan 12 ölkənin səfirləri ilə hər cür iş münasibətlərini təxirə salacaq.

İsrail hökuməti İngiltərə, Fransa, Rusiya, Çin, Yaponiya, Ukrayna, Anqola, Misir, Uruqvay, İspaniya, Seneqal və Yeni Zelandiya ilə əlaqələrini məhdudlaşdıracaq.

Eyni zamanda, bildirilir ki, ölkənin baş nazir Benyamin Netanyahu bu ölkələrin xarici işlər nazirləri ilə görüşməyəcək, səfirlər isə İsrailin Xarici İşlər Nazirliyində qəbul edilməyəcəklər. Bununla yanaşı, yəhudi nazirlərin bu ölkələrə edəcəyi səfərlərə də məhdudiyyət qoyulacaq.

Məlumata əsasən, bu qərarların İsrailə və digər ölkələrə praktiki olaraq hər hansı zərər verməsi gözlənilmir, ancaq İsrail tərəfinin qərardan nə qədər qəzəbləndiyini aydın göstərir.

Qərarı səsverməyə çıxaran Yeni Zelandiya və Seneqaldan səfirlərini geri çağıran İsrail hökuməti, aralarında ABŞ səfirinin də olduğu 10 ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağıraraq vəziyyətlə bağlı məlumat verib.

 

“FƏRAT QALXANI” ƏMƏLIYYATI DAVAM EDIR

Türkiyə Silahlı Qüvvələrindən əldə edilən məlumata görə, İŞİD başda olmaq üzrə terror təşkilatlarının təhdidini aradan qaldıraraq, sərhəddə təhlükəsizliyi artırmaq və koalisiya güclərinə dəstək vermək üçün Suriyanın şimalında avqustun 24-də başladılan “Fərat Qalxanı” əməliyyat davam edir.

 Əməliyyatı çəriçivəsində  Suriyanın Əl-Bab şəhərində İŞİD terror təşkilatı ilə toqquşmalar zamanı 2 müxalif şəhid olub, bir müxalif isə yaralanıb. Qarşıdurmada 13 terrorçu zərərsizləşdirilərkən, təşkilata aid 158 hədəf məhv ediilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Əməliyyatın 126-cı günündə müxalif qüvvələrindən ibarət xüsusi təyihatlı dəstənin köməyi ilə Əl-Babın ələ keçirilməsi istiqamətində hücumlar davam etdirilib.

Terrorçuların istifadə etdiyi sığınacaq yerləri, müdafiə mövqeləri, nəzarət məntəqələri, silah-sursat anbarlarının bir hissəsi məhv edilib, bir hissəsi isə yararsız hala salınıb.

Eyni zamanda, xəbər verilir ki, İŞİD terror təşkilatıdan təmizlənən bölgələrdə müxalif qüvvələrinə yardım edən istehkamçı dəstələri əməliyyatın başladığı gündən indiyədək ümimilikdə torpağa basdırılmış 2400-ə qədər partlayıcı ilə 42 mina məhv ediblər.

 

 

 

Read 20 times