XƏBƏR LENTİ

Çərşənbə, 21 Dekabr 2016 10:47

RAGB fəalları Ankarada qətlə yetirilmiş rusiyalı səfirin xatirəsini anıblar

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları Moskvadakı türk diasporunun üzvləri ilə birlikdə dekabrın 19-da Ankarada qətlə yetirilmiş səfir Andrey Karlovun xatirəsinə ehtiram əlaməti olaraq Rusiya Xarici İşlər Nazirliyinin binası qarşısına gül dəstələri qoyublar.

RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilat adından başsağlığı verərək bu terror aktının bütün insanlıq üçün faciə olduğunu söyləyib. O deyib ki, RAGB gənclərin humanizm ruhunda tərbiyələnməsinə önəm verir. Heç bir terror aktı xalqlar arasındakı münasibətlərə təsir etməməlidir.

Rusiyadakı türk diasporunun rəhbəri Yusuf Şen də Ankarada törədilmiş terror aktını qınayıb. O, Türkiyə xalqı adından mərhum səfir Andrey Karlovun ailəsinə və bütövlükdə Rusiya xalqına başsağlığı verib. 

 

AZƏRTAC

 

 

 

 

Read 15 times