XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 10:52

Multikulturalizm Azərbaycan xalqının milli xüsusiyyətidir

Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva: “Multikulturalizm və etnik-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir” 

 

Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İB-nin rəhbəri, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Dr. Xəyalə Məmmədovanın Özbəkistanın tanınmış “İnside Kashkadarya” sosial, mədəniyyət jurnalının mart nömrəsində “Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva: “Multikulturalizm və etnik-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir” adlı ingilis dilində məqaləsi dərc edildi.

Məqalədə qeyd edilmişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan fondun multikulturalizm ideya və dəyərlərinin təbliğinə verdiyi önəm təkcə ölkə daxilində deyil, eləcə də dünyanın hər yerində görünür və kifayət qədər yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva  Azərbaycanın mədəni irsinin təbliğində böyük xidmətlər göstərir. Heydər Əliyev Fondunun qlobal təşəbbüsləri Azərbaycanı dünyada tolerant və multikultural kimi tanıtmaqdadır. Heydər Əliyev Fondu, müxtəlif millətlərin mədəniyyətlərinin və sivilizasiyalarının qarşılıqlı zənginləşdirilməsinə, iki xalq arasındakı dialoqun dərinləşməsinə xüsusi diqqət ayıraraq tolerantlıq ənənələrinin qorunmasına əhəmiyyət verərək bir sıra layihələr həyata keçirir. Məqalədə eyni zamanda layihələrlə bağlı geniş məlumat verilmişdir. Əsrlər boyu iki dünyanın - Avropa ilə Asiyanın təkcə coğrafi deyil, həm də mədəni baxımdan “kəsişmə nöqtəsində” yerləşən Azərbaycan da hazırda bu gerçəkliklərin dərkinə əsaslanan siyasi kurs yürüdür. Hər zaman mədəniyyətlərarası dialoqda önəmli rol oynayan ölkəmizin bu sahədə uğurları indi daha diqqətçəkəndir. Əlbəttə, gələcəyi bütün dəqiqliyi ilə proqnozlaşdırmaq çox mürəkkəb məsələdir. Amma artıq bir şey şübhəsizdir ki, Azərbaycan reallıqları kontekstində mədəniyyətlərarası dialoqun çox böyük perspektivi var və ölkəmiz bu prosesin əvəzsiz iştirakçısı olmaq iqtidarındadır. Azərbaycana yalnız bu imkanlardan faydalanaraq qloballaşma proseslərinin inkişafına öz töhfələrini vermək qalır ki, məhz bu kontekstdə Azərbaycan rəhbərliyi və vətəndaş cəmiyyəti institutları, ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi diqqət çəkir. Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə multikulturalizm ideyalarının təbliği baxımından həyata keçirdiyi tədbirləri, eləcə də ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgisinin də təşkili ilə bağlı məlumatı diqqətə çatdırmaq olar. Heydər Əliyev Fondu bu gün Azərbaycanın beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsində, təbliğində önəmli layihələri  reallaşdırır.

Məqalədə eyni zamanda Beynəlxalq Multikultural Şəbəkənin (BMŞ) də məhz dövlət başçısı tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan olunmasından sonra (4 mart 2016-cı il tarixində), Dr. Xəyalə Məmmədova tərəfindən yaradılması, şəbəkənin işçi heyətinin multikulturalizm üzrə ixtisaslaşmış yerli və xarici elmi tədqiqatçılardan ibarət olması haqqında məlumat verilir. Məlumat üçün bildirək ki, Beynəlxalq Multikultural Şəbəkə dünyada Azərbaycanın multikultural dəyərlərinin təbliği üçün həyata keçirilən beynəlxalq tədbirlərdə fəal şəkildə iştirak edir, ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması işinə vətəndaş cəmiyyətinin dəstəyini həyata keçirir. Beynəlxalq Multikultural Şəbəkə, həmçinin Azərbaycan xalqının multikultural dəyərlərinin beynəlxalq səviyyədə təbliği məqsədilə “Ölkə təmsilçiləri qrupu” təşkil edib. Hazırda 70-ə yaxın ölkədə elmi tədqiqatçı və alimlərdən ibarət xarici ölkə təmsilçiləri fəaliyyət göstərir. Məqalədə eyni zamanda Beynəlxalq Multikultural Şəbəkənin Özbəkistan nümayəndəliyi və Özbəkistan təmsilçisi Asror Allahyarov haqqında və fəaliyyəti ilə bağlı da məlumat verilmişdir.

Mustafa KAMAL,

“Respublika”.

Read 49 times