XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 10:44

“Bazarstore - 10 ildir sizinlə birlikdə!”

Pərakəndə sektorun ön sıralarında  olma missiyasını davam etdirən “Bazarstore” super marketlər şəbəkəsi  yaranmasının  10-cu ili münasibətilə “10 ildir sizinlə birlikdə”  adlı tədbir keçirib. Yubileylə bağlı hazırlanan tanıtım filminin nümayişindən sonra çıxış edən baş direktor Burhan Sevahil bu illər ərzində qazanılan uğurlardan və gələcək planlardan danışıb.10 ildir “Bazarstore”da işləyən super marketlər şəbəkəsinin 27 əməkdaşınaxatirə plaketi təqdim edilib.

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi  üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın  məsuliyyəti ilə10 ildir ki, davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidliliklə 2800 nəfər əməkdaşı ilə 31 milyon müştəriyəxidmət göstərir.

“Respublika”.

Read 69 times