XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 06:24

“Onur Dent” diş klinikası insanların xidmətində

Klinikada insanların estetik cəhətdən kamil olmasında, cavan, gümrah və gözəl görünməsində dişlərin böyük əhəmiyyət daşıdığını dərindən bilən və bu işlərin öhdəsindən bacarıqla gələn həkimlərdən biri də Vüqar Feyzi oğlu Ömərovdur. O, 1971-ci ildə Bakıda dünyaya göz açıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 81 saylı tam orta məktəbin rus bölməsini əla qiymətlərlə bitirib. 1994-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin stomatoloji fakültəsini bitirdikdən sonra Bakıxanov qəsəbəsindəki diş poliklinikasına təyinat alıb. Bir il işlədikdən sonra özəl klinikada fəaliyyətini davam etdirib. Hazırda “Onur Dent” diş klinikasında işləyir.

7 Aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə biz onunla görüşüb söhbət etdik. Vüqar həkim işlədiyi klinikanın ən müasir avadanlıqlarla təmin edildiyindən, Türkiyə, Amerika və Avropada təhsil alan çox təcrübəli gənc həkimlərlə birgə işləməsindən və birgə təcrübə qazanaraq pasientlərə yüksək səviyyədə xidmət etdiklərindən danışdı. Və bildirdi ki, klinikaya müraciət edən xəstələrin müayinə və müalicəsini, dişlərinə xidmətin səviyyəsini onların zövqlərinə uyğun şəkildə qurmağa çalışırıq. Bunun üçün bizim klinikada hər cür imkan və şərait vardır. Çalışıram ki, mənə müraciət edən xəstələri tam razı salım. Bu, həm də hər şeydən əvvəl, mənim bir həkim kimi müqəddəs borcumdur.

Dünyada ixtisasıma uyğun baş verən bütün yenilikləri öyrənir və öz işimdə tətbiq edirəm.

Yeri gəlmişkən təəssüf hissi ilə onu da deyim ki, bizim əhali arasında dişlərinə, ağız boşluğuna lazımi səviyyədə qulluq edən adamlar azdır. Əslində isə ağız boşluğuna daimi qulluq göstərmək lazımdır, çünki, o, orqanizmin qapısıdır. Həzm sistemi, tənəffüs sistemi - hamısı bilavasitə onunla bağlıdır. Ağız boşluğundakı çürük dişlər vasitəsilə infeksiya birbaşa həzm sisteminə keçir və bu da müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Əgər ağız boşluğunda dişlər yoxdursa, qida lazımi səviyyədə çeynənilmədən mədəyə düşür. Bu zaman orqanizmin həzm sistemində böyük pozuntular meydana çıxır. Dəyirman dəni normal üyütdüyü kimi, ağız boşluğundakı dişlər də daxil olan qidanı lazımi səviyyədə xırdalamalıdır. Belə olarsa, onda heç kəs həzm sisteminin pozulmasından şikayət etməz.

 

Məhəmməd VƏLİYEV,

“Respublika”.

Read 48 times