XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 06:21

Yeniliklər

Sualtı xilasedici avtonom dalğıc robotunun prototipi hazırlanıb

Almaniyalı tədqiqatçıların hazırladıqları yeni dalğıc robotu boğulan insanları müstəqil olaraq tapıb, xilas edəcək. Robot kömək istəyənlərin hətta tipik hərəkətlərini də tanıyır.

Uzaqdan idarə olunan avtonom dalğıc robotu vulkanları, dərin dəniz səngərlərini və ya dəniz buzunun altındakı həyatı araşdırmağa, xəritəyə salmağa da kömək edə bilər. Hətta gəmi qəzaları və ya nadir dəniz heyvanlarından video görüntüləri götürə bilər.

Uzunluğu 90, eni 50 santimetr bir çərçivədən ibarət olan robot, batareyalar, kameralar və müxtəlif sensorlarla təchiz edilmişdir. Üzərindəki fiksasiya, tutma cihazı boğulmaqda olan, şüursuz vəziyyətdəki insanı səthə çıxararkən aşağı sürüşməsini təmin edir.

“Robot təhlükə altında olan insanı bədən mövqelərinə görə öz-özünə tanıyır. Müşahidə kameraları boğulan şəxsin hərəkət qaydalarını qeyd edir və koordinatları robota ötürür”  deyə Fraunhofer tədqiqatçısı Helqe izah edib.

Tədqiqatçılar robotu açıq su testlərində praktik olaraq qüsursuz şəkildə sınaqdan keçiriblər. Belə ki, üç metr dərinliyə endirilən 80 kiloqramlıq insan maketi xilasetmə robotu tərəfindən iki dəqiqə ərzində səthə çıxarılıb.

Alimlərin məqsədi gələcəkdə su robotlarını daha da miniatürləşdirmək, mövcud prototipi daha kiçik, yüngül və daha qənaətli dizaynda təqdim etməkdir. Artıq xilasedici robot patent üçün qeydə alınıb. Dəyişdirilmiş versiyalarda başqa vəzifələri də icra edə bilər. “Tətbiq sahəmiz genişdir, məsələn, su hövzələrinin dibindəki arxeoloji tapıntıları, yaxud balıqçılıq təsərrüfatında balıqların sağlamlığını izləmək və s.” - Renkewiç bildirib.

Tədqiqat işi “scinexx” saytında yayımlanıb.

 

Marsda yeni növ qədim krater gölü aşkarlanıb

Bron Universitetinin tədqiqatçıları Marsda planetin erkən iqlimi ilə ipucları ortaya çıxara biləcək, əvvəllər rast gəlinməyən qədim krater gölünün bir növünü aşkar ediblər.

Kraterin səthində qədim çay yataqları və gölməçələrin şübhəsiz geoloji dəlilləri var, lakin suyun kənardan kraterə girə biləcəyi giriş kanallarına, yeraltı su fəaliyyətinə dair heç bir dəlil yoxdur. Bəs su haradan gəlib?

Tədqiqatçılar, sistemin çoxdan itirilən bir Martiya buzlağından axan su ilə qidalandığı qənaətinə gəliblər. Bu tədqiqatda təsvir olunan göl növü, NASA roverlərinin araşdırdığı Gale və Jezero kraterlərindən tamamilə fərqlənir.

“Bu, Marsda əvvəllər tanınmamış bir hidroloji sistem növüdür. Hər şey kraterin içində baş verir və bu da əvvəllər xarakterizə olunanlardan çox fərqlənir”, - deyə tədqiqat rəhbəri Ben Boatwright qeyd edib.

Alimlərin fikrincə krater qırmızı planetin erkən iqlimi ilə bağlı əsas ipucları verə bilər. Mars iqliminin bir zamanlar planetin bugünkü donmuş səhrasından daha isti və yaş olduğu şübhə doğurmur. Bununla birlikdə daha az aydın olan şey, Marsın minilliklər boyu davamlı axan suyu olan Yer kürəsinə bənzər bir iqlimə sahib olmadığı və ya istiləşmə və ərimənin keçici dövrləri ilə əsasən soyuq, buzlu olub-olmamasıdır.

“Yeni kəşfimiz erkən Mars iqliminin araşdırılmasına təkan verir və cəlbedici geoloji dəlillərimiz var. Bu krater həyəcanverici olan bu fərziyyəni yoxlamaq üçün daha çox dəlil axtarmağa başlamağımız üçün lazım olan meyarları təmin edir”, - deyə tədqiqatçı professor Jim Head bildirib.

Araşdırma işi ilə bağlı ətraflı məlumat “Forschung und Wissen” jurnalında dərc edilib.

 

Ağıllı infraqırmızı damar skaneri

Skoltech tədqiqatçıları damarların yaxın infraqırmızı görüntülərini təhlil etmək və bir xəstənin bədəninə venoz naxış çıxarmaq üçün sinir şəbəkələrindən istifadə edən tibbi görüntüləmə sisteminin ilkin prototipini hazırlayıblar. Bu yenilik xüsusilə diabet kimi tibbi şərtlər səbəbilə damar çəkilməsi olan xəstələrdə olduqca əlverişli olacaq.

Damarına çətin düşülən xəstələrdə palpasiya edilmədiyi tədqirdə, təcrübəli tibb mütəxəssisləri belə texniki yardımlara müraciət etməli olur. Bu cür hallarda xüsusən yaşlı xəstələr çoxsaylı və ya qeyri-dəqiq deşmələrə məruz qalır. Skoltech Elm və Texnologiya İnstitutunun professoru Dmitri Dyolov və həmkarları damar konturlarını təyin edə bilən ağıllı infraqırmızı damar skanerini təqdim ediblər.

Alimlər şəkilləri daha yaxşı təhlil etmək üçün, xəstənin bədəninə əyani olaraq yenidən proyeksiya etmək məqsədilə süni sinir şəbəkələrindən istifadə ediblər.

“İnfraqırmızı damar skanerləri klinik olaraq sınaqdan keçirilmişdir. Biz buna müasir Alqoritm sistemi sayəsində müvəffəq olduq. İlk olaraq sinir şəbəkəsi infraqırmızı siqnalları təmizləyir və emal edir, ikincisi damarların konturlarını, üçüncüsü bir xəstənin qoluna proqnozlaşdırılan konturların həqiqi damarla üst-üstə düşməsini təmin edir” - Dmitri Dyolov qeyd edib.

“Bu cihazla aparılan qan analizi belə olacaq: Xəstə dərhal damarları axtarılan qolunu (bir saniyədən daha az müddətdə) cihazın altına qoyur və onları biləyin üstündən keçirir. Xəstə qolunu hərəkətə gətirirsə, tövsiyə etməməyimizə baxmayaraq, sistem dərhal reallaşdırma proseduruna başlayacaq” — aparıcı müəllif Vito Leli izah edib.

Təklif edilən görüntü cihazı klinikalarda digər bədən hissələrinə (məsələn, ayaq, üz damarlarına) və heyvanlarda kompleks venipunkturaya kömək etmək üçün də uyğundur.

“Hazırda şəkilləri daha təmiz etmək və daha yaxşı damar tanıma əldə etmək üçün seqmentasiya modellərinin avtomatik seçimi üzərində işləyirik” deyə, aparıcı müəllif vurğulayıb.

Tədqiqat işi “Bild der Wissenschaft” jurnalında işıq üzü görüb.

 

Alman dilindən çevirdi:

Elenora HƏSƏNOVA.

Read 56 times