XƏBƏR LENTİ

Çərşənbə axşamı, 06 Aprel 2021 09:02

ÜST-ün Baş direktoru “Twitter” hesabında Azərbaycan Prezidenti ilə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib.

AZƏRTAC-ın məlumatına görə, Baş direktor paylaşımında görüşdə COVİD-19 pandemiyası ilə mübarizədəki maliyyə yardımına, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsindəki dəstəyinə və Qoşulmama Hərəkatının üzvləri arasındakı həmrəyliyə görə Azərbaycana təşəkkür etmək imkanının olduğunu bildirib.

AZƏRTAC

Read 59 times