XƏBƏR LENTİ

Cümə axşamı, 25 Fevral 2021 11:53

ŞƏHİD DAŞQIN ŞƏFİYEVİN AİLƏSİZİYARƏT OLUNUB

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Daşqın Şəfiyevin məzarını ziyarət edib, məzarı üstə tər qərənfilər düzüb, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra rayon rəhbəri şəhidin böyüyüb boya-başa çatdığı evində olub, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü  uğrunda şəhid olan Daşqın Şəfiyevə  Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyib.

Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qələbədə Şəfiyevlər ailəsinin də payı olduğunu qeyd edərək, Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Bildirib ki, Daşqın da digər şəhidlərimiz kimi gənclərimizə örnək olaraq   hər an bizim qəlbimizdə əbədi yaşayacaqdır. Daşqın Şəfiyev kimi vətənə canlarını fəda etmiş igidlərimizin sayəsində biz doğma Kəlbəcərimizə, Qarabağımıza qayıdırıq. Bu gün praqmatik dövlət başçısı möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. Rayon İcra Hakimiyyəti tərəfindən də şəhid ailələrinə, qazilərə bundan sonra da bu yanaşma davam edəcəkdir.

Onların müraciət və istəklərini dinləyən rayon rəhbəri, problemlərin həlli istiqamətində lazım olan bütün tədbirlərin görüləcəyini şəhid ailəsinə bildirib.

Şəhidin atası Hidayət Şəfiyev qeyd edib ki, onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. O oğlu ilə fəxr etdiyini və bir oğul torpağa verərək minlərlə oğul qazandığını bildirmişdir. Şəhidin atası vurğulamışdır ki, dövlətimiz və xalqımız şəhidlərin xatirəsini daim uca tutur. Hidayət  Şəfiyev  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edib.

 

Zabit XƏLİLOV,

“Respublika”.

Read 64 times