XƏBƏR LENTİ

Çərşənbə, 20 Noyabr 2019 13:24

Türkiyənin Antalya şəhərində oftalmologiya ilə bağlı konfrans

Qardaş Türkiyənin Antalya şəhərində oftalmologiya sahəsinə həsr olunmuş 53-cü TOD-53 Beynəlxalq Konfrans keçirilmişdir. Bu mötəbər tədbir Türkiyə mətbuatında geniş işıqlandırılmış, maraqlı süjetlər hazırlanmışdır.

Əməkdaşımız Antalya şəhərindəki konfransın iştirakçılarından olan Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası Göz Xəstəlikləri şöbəsinin müdiri Qurban İsmayılovla görüşüb söhbət etmiş və onun səfər təəssüratlarını qələmə almışdır.

Peşəsinin vurğunu olan, el gözündə pillə-pillə ucalan təcrübəli həkim Qurban İsmayılov vurğuladı ki, konfransa Azərbaycandan, Türkiyədən və digər ölkələrdən oftalmologiya sahəsində böyük xidmətləri olan mütəxəssislər dəvət olunmuşdu. Toplantıda oftalmologiyanın aktual mövzuları dinlənilmiş, insanların düçar olduqları müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanmasından söhbət açılmış, traxomanın müalicəsi ilə bağlı çıxışlara geniş yer ayrılmışdır.

Konfransda çıxış edən həkimlər bildirdilər ki, professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olunmalı, gözün peşə xəstəlikləri problemləri vaxtında aradan qaldırılmalı, peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyalarının yaradılması, həkimlərin xəstələri ilə necə davranması və digər aktual məsələlər diqqət mərkəzində saxlanılmalıdır.

Konfransda dünya oftalmologiya elminin son nailiyyətlərindən geniş söhbət açılmış, vurğulanmışdır ki, gələcəkdə Türkiyə və Azərbaycan oftalmoloqları arasında sıx əməkdaşlıq bərqərar olmalı, insanlar göz xəstəliklərindən əziyyət çəkməməlidirlər.

Konfransdan sonra göz xəstəlikləri şöbəsinin müdiri Qurban İsmayılov şöbənin əməkdaşları ilə görüş keçirmiş, elmin son nailiyyətlərindən söhbət açmış, əminliklə bildirmişdir ki, Prezident İlham Əliyevin titanik səyi nəticəsində Azərbaycan səhiyyəsi dünya standartları səviyyəsinə qaldırılacaqdır.

Qədir ASLAN,

“Respublika”.

Read 54 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər492569

Currently are 108 guests and no members online