XƏBƏR LENTİ

Çərşənbə axşamı, 13 Dekabr 2016 11:26

Qarsda keçirilən anım mərasimində Ümummilli Liderin xilaskarlıq missiyasından danışılıb

Azərbaycanın Qarsdakı baş konsulluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

Əvvəlcə mərasim iştirakçıları Ulu Öndərin Qars şəhərində yerləşən Heydər Əliyev Parkındakı abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Baş konsulluqda davam edən mərasimdə diplomatlarımız, Qars vilayətinin rəhbər şəxsləri, bu bölgədə yerləşən ordu birləşmələrində xidmət edən yüksək rütbəli hərbçilər, Türkiyədən və Azərbaycandan olan ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Qars vilayətinin valisi Rahmi Doğan, hərbi hissə komandanı, general-mayor Turan İnan, Qafqaz Universitetinin rektoru, professor Sami Özcan və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Baş konsul Nuru Quliyev çıxış edərək Azərbaycanın böyük oğlu Heydər Əliyevin xilaskarlıq missiyası, xalqımızın qarşısındakı tarixi xidmətlərinin ayrı-ayrı məqamları barədə iştirakçılara geniş məlumat verib. O diqqətə çatdırıb ki, Azərbaycanın hazırkı inkişafının əsasında ulu öndər Heydər Əliyev zəkasının ortaya qoyduğu müdrik siyasət dayanır. Azərbaycan xalqı həmişə öz böyük oğlunun əziz xatirəsini ehtiramla anacaq.

AZƏRTAC

 

 

 

Read 30 times