XƏBƏR LENTİ

Şənbə, 24 Dekabr 2016 12:41

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 6, maddə 428; 2004, N 1, maddə 19, N 12, maddə 1061; 2006, N 9, maddə 809; 2008, N 3, maddə 200; 2009, N 10, maddə 791; 2010, N 1, maddə 42; 2014, N 3, maddə 247, N 7, maddə 892) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissədə “Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin” sözləri “Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin” sözləri ilə əvəz edilsin.

2. 12-ci hissədən “və informasiya” sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 12-1-ci və 13-1-ci hissələr əlavə edilsin:

“12-1. İnformasiya-kommunikasiya texnologiyaları idarəsi

13-1. Mətbuat xidməti (şöbə səlahiyyətli)”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 dekabr 2016-cı il.

 

 

 

Read 27 times