XƏBƏR LENTİ

Çərşənbə, 13 Noyabr 2019 09:11

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 584; 2003, N 6, maddə 267; 2004, N 12, maddə 979; 2005, N 5, maddə 393, N 12, maddə 1083; 2006, N 2, maddə 67, N 3, maddə 225, N 12, maddə 1012; 2007, N 12, maddə 1202; 2008, N 12, maddə 1049; 2009, N 7, maddə 505; 2012, N 6, maddə 528; 2014, N 8, maddə 958; 2016, N 11, maddə 1777; 2017, N 1, maddələr 18, 32; 2018, N 8, maddə 1671, N 12 (İ kitab), maddə 2500; 2019, N 8, maddə 1365) 11-1.2-ci maddəsinə “icmal büdcə xərclərinin” sözlərindən sonra “növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il oktyabrın 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

Read 58 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər506376

Currently are 69 guests and no members online