XƏBƏR LENTİ

Çərşənbə axşamı, 16 May 2017 13:39

Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 6, maddə 274, N 12, I kitab, maddə 680; 2004, N 6, maddə 416, N 11, maddə 891; 2005, N 2, maddə 62, N 4, maddə 278, N 7, maddələr 576, 584, N 12, maddə 1091; 2007, N 7, maddə 712; 2008, N 6, maddə 457; 2009, N 2, maddə 44; 2010, N 4, maddə 276, N 7, maddə 592; 2011, N 3, maddə 163; 2012, N 5, maddə 409; 2013, N 6, maddə 592; 2015, N 5, maddə 490) aşağıdakı dəyişikliklər edilsin:

1. 94.1-ci maddədə, 96.4-cü maddənin birinci cümləsində və 96.5-ci maddədə “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri ilə əvəz edilsin.

2. 97.2.2-ci maddənin birinci cümləsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 aprel 2017-ci il.

Read 12 times