XƏBƏR LENTİ

Cümə axşamı, 12 Yanvar 2017 10:03

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 16-cı bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 11, maddə 992) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci maddədə “vaxtaşırı” sözü “müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında” sözləri ilə əvəz edilsin.

2. 8.1.7-ci və 9.3-cü maddələrdən, 10.2-ci maddənin birinci abzasından “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

3. 13-cü maddədə “qanunvericiliyində” sözü “qanunlarında” sözü ilə əvəz edilsin.

4. 14-cü maddədə “öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən və ya” sözləri “inzibati və” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 noyabr 2016-cı il.

 

 

 

Read 38 times