XƏBƏR LENTİ

Çərşənbə, 28 Dekabr 2016 16:40

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 5, maddə 310; 2008, N 6, maddə 464) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddə üzrə:

1.1. 11.1-ci maddədə “yazılı müqavilə” sözləri “müqavilə və ya şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat sorğusu” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 11.3-1-ci maddə əlavə edilsin:

“11.3-1. Şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı sertifikatın verilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Qanuna uyğun həyata keçirilir.”.

2. 12.4.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.4.4-cü maddə əlavə edilsin:

“12.4.4. sertifikat şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında verildikdə, həmin orqanın adı.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 noyabr 2016-cı il.

 

 

 

Read 50 times