XƏBƏR LENTİ

Şənbə, 24 Dekabr 2016 12:44

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 12, maddə 740; 2002, N 12, maddə 706; 2003, N 1, maddə 23, N 8, maddə 428, N 12, I kitab, maddələr 676, 698; 2005, N 1, maddə 1, N 6, maddə 462, N 8, maddə 684, N 10, maddələr 873, 905, N 12, maddə 1083; 2006, N 3, maddələr 223, 225, N 6, maddə 481, N 12, maddələr 1015, 1029; 2007, N 2, maddə 80, N 12, maddə 1203; 2008,  N 3, maddə 158, N 6, maddə 462, N 7, maddə 602, N 12, maddə 1047; 2009, N 1, maddə 5, N 2, maddə 56, N 3, maddə 160, N 7, maddə 519, N 12, maddə 947; 2010, N 4, maddə 276, N 6, maddə 485, N 10, maddə 840, N 11, maddə 939; 2011, N 1, maddə 12, N 4, maddələr 245, 264, N 11, maddə 985, N 12, maddə 1100; 2012, N 1, maddə 4, N 6, maddələr 508, 518, N 7, maddə 646, N 10, maddə 947, N 12, maddələr 1216, 1227, 1229; 2013, N 3, maddə 213, N 5, maddə 474, N 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, N 12, maddələr 1485, 1504; 2014, N 1, maddə 6, N 5, maddə 468, N 6, maddələr 603, 605, N 7, maddələr 774, 780, N 11, maddələr 1345, 1370; 2015, N 12, maddə 1432; 2016, N 1, maddələr 15, 36, N 4, maddə 630, N 6, maddə 1014; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 348-VQD nömrəli və 28 oktyabr tarixli 379-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin: 

1.1. aşağıdakı məzmunda 2.0.8-1-ci maddə əlavə edilsin:

“2.0.8-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi;”;

1.2. aşağıdakı məzmunda 20-2-ci maddə əlavə edilsin:

“Maddə 20-2. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi üçün tutulan dövlət  rüsumunun dərəcəsi

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

1 2

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə

500 manat

 

Maddə 2. Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

Read 44 times