XƏBƏR LENTİ

Çərşənbə, 21 Dekabr 2016 10:59

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 4, II kitab, maddə 251, N 5, maddə 323, N 12, maddə 835; 2001, N 1, maddə 24, N 7, maddə 455; 2002, N 1, maddə 9, N 5, maddələr 236, 248, 258, N 6, maddə 326, N 8, maddə 465; 2003, N 6, maddələr 276, 279, N 8, maddələr 424, 425, N 12, I kitab, maddə 676; 2004, N 1, maddə 10, N 4, maddə 200, N 5, maddə 321, N 8, maddə 598, N 10, maddə 762, N 11, maddə 900; 2005, N 1, maddə 3, N 6, maddə 462, N 7, maddə 575, N 10, maddə 904, N 11, maddə 994; 2006, N 2, maddələr 71, 72, 75, N 5, maddə 390, N 12, maddələr 1008, 1020, 1028; 2007, N 2, maddə 68, N 5, maddə 398, N 6, maddələr 560, 562, 579, N 8, maddə 757, N 10, maddələr 937, 941, N 11, maddələr 1049, 1080, 1090, N 12, maddə 1221; 2008, N 6, maddələr 454, 461, N 7, maddə 602, N 10, maddə 884, N 12, maddələr 1047, 1049; 2009, N 5, maddə 315, N 7, maddə 517, N 12, maddə 953; 2010, N 2, maddə 70, N 3, maddələr 171, 178, N 4, maddələr 275, 276, N 7, maddə 591; 2011, N 4, maddə 253, N 6, maddə 472, N 7, maddələr 587, 601, 621, N 11, maddə 980, N 12, maddə 1093; 2012, N 2, maddə 45, N 3, maddələr 193, 196, N 7, maddələr 666, 669, 673, N 11, maddə 1068, N 12, maddə 1223; 2013, N 1, maddə 14, N 2, maddə 102, N 4, maddə 364, N 5, maddələr 459, 479, 481, N 6, maddələr 594, 600, N 11, maddələr 1264, 1286, 1312, N 12, maddə 1492; 2014, N 2, maddələr 89, 95, N 4, maddə 327, N 6, maddələr 618, 622; 2015, N 4, maddələr 339, 359, 368, N 5, maddələr 504, 508, 510, N 6, maddələr 678, 690, 692, N 11, maddələr 1253, 1268, 1289, 1298, N 12, maddələr 1437, 1445; 2016, N 4, maddələr 634, 636, 638, 653, N 5, maddə 1001) aşağıdakı dəyişikliklər edilsin:

1. 167-1-ci maddə üzrə:

1.1. maddənin adında “etmə” sözündən sonra “və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 167-1.4-cü və 167-1.5-ci maddələr əlavə edilsin:

“167-1.4. Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə -

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

167-1.5. Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə -

iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”.

2. Aşağıdakı məzmunda 167-3-cü maddə əlavə edilsin:

“167-3. Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə

167-3.1. Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma -

səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır.

167-3.2. Bu Məcəllənin 167-3.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri maliyyələşdirmə -

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

3. 214.2.5-ci maddədə tire işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 214.2.6-cı maddə əlavə edilsin:

“214.2.6. dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə -”.

4. 278-ci maddə üzrə:

4.1. maddənin adında “saxlama” sözündən sonra “, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə” sözləri əlavə edilsin;

4.2. maddənin mətni 278.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 278.2-ci maddə əlavə edilsin:

“278.2. Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi -

on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

5. 279-cu maddə üzrə:

5.1. aşağıdakı məzmunda 279.1-1-ci maddə əlavə edilsin:

“279.1-1. Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etmə -

altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

5.2. 279.2-ci maddədə “maddəsində” sözü “və 279.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 283.1-1-ci və 283.3-cü maddələr əlavə edilsin:

“283.1-1. Bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə -

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

283.3. Bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinin maliyyələşdirilməsi -

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

7. 283-1.1-ci maddədə “dini düşmənçilik” sözlərindən sonra “, dini radikalizm və ya dini fanatizm” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 oktyabr 2016-cı il.

 

 

 

Read 34 times