XƏBƏR LENTİ

Şənbə, 13 May 2017 11:59

Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı ilə bağlı Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 14

Telefonlar:    (012) 405-83-82

(012) 405-84-43

(012) 405-91-53

(012) 405-80-43

e-mail:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

AZƏRTAC

Read 22 times