XƏBƏR LENTİ

Bazar, 25 Dekabr 2016 19:21

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dmitri Medvedev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

 

 

 

Read 83 times