XƏBƏR LENTİ

Çərşənbə, 14 Dekabr 2016 11:14

DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI

Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin noyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. 

Ay ərzində dövlət sərhədini pozduqlarına görə 32 halda 39 nəfər saxlanılmışdır ki, onların 20 nəfəri Azərbaycan Respublikası, 4 nəfəri Gürcüstan, 7 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Qırğızıstan, hər ölkədən bir nəfər olmaqla Nigeriya, Fələstin, Kot-Divuar vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 12 halda 22 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 565 halda 762 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 374 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 14 halda 7 kiloqram 770 qram narkotik maddə aşkar edilərək götürülmüşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 72 halda ümumi dəyəri təqribən 330 min manat olan qaçaqmal, o cümlədən  2 ədəd “Şevralet” və “KİA” markalı avtomobil, 13 kiloqram gümüş, 1 ədəd beşbarmaq, 4032 qutu pirotexniki vasitə, 14 148 Azərbaycan manatı, 37 710 ABŞ dolları, 31 265 Rusiya Federasiyası rublu, 4 000 Livan funtu, 900 000 İİR rialı,  8 640 qutu müxtəlif markalı siqaret, 182 ədəd mobil telefon, 2 ədəd qayıq, 1100 ədəd müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

 

 

Read 79 times