XƏBƏR LENTİ

Çərşənbə, 09 Noyabr 2016 13:45

Nazir Tərtərdə vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  11.11.2016-cı il tarixdə saat 14:00-da Tərtər şəhərində  Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “ Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Tərtər rayonunda        02223 61554

Yevlax şəhərində        02233 64646

Ağdam rayonunda     02632 50632

Bərdə rayonunda        02020 51515

Xocalı  rayonu  üzrə   02235 21698

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

 

 

 

Read 131 times