XƏBƏR LENTİ

Çərşənbə, 24 Avqust 2016 07:17

Fövqəladə hallar naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 25-də Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin binasında vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak edəcək vətəndaşların qeydiyyatı avqustun 24-də Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin binasında (Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174) saat 09.00-da başlayacaq. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

AZƏRTAC

 

 

 

Read 193 times