Çərşənbə, 13 Yanvar 2021 07:42
Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sadır Japarova
Hörmətli cənab Japarov,
Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 12 yanvar 2021-ci il.
Published in
Məktublar