XƏBƏR LENTİ

Şənbə, 24 Dekabr 2016 12:56

SƏMİMİ TƏBRİKLƏR

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və Sizə cansağlığı, şəxsi xoşbəxtlik və uğurlar diləyimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimiz xalqlarımız arasındakı dostluğu ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirməyə və hərtərəfli qarşılıqlı əlaqələrimizi gücləndirməyə xidmət edəcək.

Sizin və ailənizin xoşbəxtliyi, Azərbaycan xalqının inkişafı və rifahı arzularımla yanaşı, cənab Prezident, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Tomislav Nikoliç

Serbiya Respublikasının Prezidenti

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə Sizin şəxsi töhfəniz Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Əminəm ki, Sizin peşəkarlığınız və zəngin dövlətçilik təcrübəniz Azərbaycanı daha da inkişaf etdirəcək və onun beynəlxalq nüfuzunu yüksəldəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, sağlamlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

Almazbek Atambayev

Qırğız Respublikasının Prezidenti

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Əlamətdar yubileyiniz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Siz dünya birliyinin gözündə müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin möhkəm əsasını qoymuş dahi atanızın işinin layiqli davamçısısınız. Azərbaycanın davamlı inkişafı ilə bağlı irimiqyaslı məsələlərin müvəffəqiyyətlə həlli, firavan və sürətlə tərəqqi edən dövlətlərdən biri kimi beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi Sizin adınızla bağlıdır. Əminəm ki, Rusiyanı və qardaş Azərbaycanı birləşdirən sıx qarşılıqlı faydalı və humanitar əlaqələr bundan sonra da inkişaf edəcək.

Bu əlamətdar gündə Sizə insanları cəlb edən, dostlarınızın, silahdaşlarınızın və məsləkdaşlarınızın çevrəsini genişləndirən quruculuq enerjinizi hələ uzun illər qoruyub saxlamağı, habelə xalqınıza xidmət işində daha böyük uğurlar, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Böyük hörmətlə,

İlyas Umaxanov

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Lyublyana şəhərinin rəhbərliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul etməyinizi rica edirəm.

Sizə və doğmalarınıza unudulmaz anlar, xoşbəxtlik, möhkəm cansağlığı diləyirəm.

Zati-aliləri, Sizə tükənməz həyat enerjisi və uğurlar arzu edirəm.

Ən xoş arzularla,

Zoran Yankoviç

Sloveniyanın Lyublyana şəhərinin meri

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Anadan olmağınızın 55 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.

Siz Azərbaycan xalqının hamı tərəfindən qəbul edilən lideri kimi beynəlxalq aləmdə də layiqli nüfuz qazanmısınız.

Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə fəal xarici siyasət kursu yeridir, mühüm qlobal və regional məsələlərin həllində etibarlı və konstruktiv tərəfdaş kimi çıxış edir.

Sizi təkcə görkəmli dövlət xadimi və siyasi xadim kimi deyil, həm də iqtisadi islahatların cəsarətli novatoru və təşəbbüskarı, sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə yönələn qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın ardıcıl tərəfdarı, bütün ruhu və qəlbi ilə öz xalqına sadiq olan bir insan kimi tanıyırlar.

İcazə verin, əminliklə bildirim ki, Sizin ali dövləti və siyasi fəaliyyətdə qazandığınız zəngin təcrübə bundan sonra da Azərbaycan Respublikasının davamlı inkişafına və Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya xarakterli qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Sergey Lebedev

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

TÜRKSOY-un baş katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan Respublikası regionda və bütün dünyada sabitliyin və tərəqqinin önəmli amilinə çevrilmiş, multikulturalizmin və tolerantlığın mərkəzlərindən biri olmuşdur.

“Şəki-2016” Türk dünyasının mədəniyyət paytaxtı ilinin uğurla başa çatdırılması, TÜRKSOY-un Daimi Şurasının Şəkidə keçirilmiş 34-cü toplantısının qərarı ilə 2017-ci ilin Türk dünyasında “Molla Pənah Vaqif ili” elan edilməsi Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinin bariz nümunələridir.

Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirdiyinizə və dəstəklədiyinizə görə Sizə dərin təşəkkürlərimi bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Ən dərin hörmət və ehtiramla,

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün biz tamamilə yeni Azərbaycan - nüfuzu siyasi arenada şəksiz olan möhkəm, güclü, inkişaf edən dövlət görürük. Bütün bunlar Sizin müdrik rəhbərliyiniz, strateji baxımdan ölçülüb-biçilmiş qərarlarınız, şəksiz istedadınız, Vətənə məhəbbətiniz və həqiqətən yüksək məqsədlərə çatmaq əzminiz sayəsində mümkün olub. Bütün Azərbaycan xalqı Sizə səmimi ehtiramla yanaşır və haqlı olaraq Sizinlə fəxr edir. Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı və möhkəmlənməsi işinə misilsiz töhfənizə görə Sizə xüsusi təşəkkür etmək istərdim. Sizin mehriban qonşuluq, qarşılıqlı dəstək və bir-birinin mövqeyinə dərin hörmət prinsiplərinə əsaslanan kursu dəstəkləməyiniz ölkələrimiz arasında tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə qalxmasına imkan verib.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edim.

Dərin hörmətlə,

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının

deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Siz siyasi müdrikliyiniz, strateji təfəkkürünüz, dövlətin bu gününə və gələcəyinə görə məsuliyyət hissiniz, vətəndaşlara daim qayğı ilə yanaşmağınız sayəsində çoxmillətli Azərbaycanın sakinləri arasında dərin hörmət, öz ölkəsinin əsl vətənpərvəri və milli lideri kimi layiqli beynəlxalq nüfuz qazanmısınız.

Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişaf sahələrində şəksiz nailiyyətləri, siyasi sabitliyin qorunub saxlanması, əhalinin həyat səviyyəsinin və rifahının yüksəldilməsi ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin Sizin tərəfinizdən layiqincə davam etdirilməsinin nəticəsidir.

Bu il dekabrın əvvəlində Dağıstan Respublikası Xalq Məclisinin nümayəndə heyətinin parlamentlərarası əməkdaşlıq çərçivəsində Azərbaycana səfəri zamanı biz növbəti dəfə respublikanızın əldə etdiyi uğurların şahidi olduq. Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin töhfənizi yüksək qiymətləndirirlər. Biz bu münasibətlərin bundan sonra da qarşılıqlı hörmət və etimad əsasında inkişaf edəcəyinə inanırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz güc və enerji, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.

Hörmətlə,

Xızrı Şıxsəidov

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Sizi anadan olmağınızın 55 illiyi münasibətilə ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Öz talelərini Sizə etibar edən ölkə vətəndaşları Azərbaycanı sabitlik və inkişaf yolu ilə inamla irəli aparan, həqiqi ümumxalq məhəbbəti qazanmış lider kimi Sizi ardıcıl surətdə dəstəkləyirlər. Bu gün Azərbaycan xalqı ictimai inkişafın müxtəlif sahələrində dünyaya əsaslı nailiyyətlər nümayiş etdirir, özünün  yaradıcı və qurucu əməyində böyük ənənələrə hörmət hissini, daim inkişaf və yenilənmə səylərini birləşdirir. ümumhəmkarlar İttifaqları Konfederasiyasında və onun üzvü olan təşkilatlarda Azərbaycan Respublikasında demokratiyanın ən mühüm tərkib hissəsi kimi sosial tərəfdaşlıq siyasətinə və üçtərəfli təsisatların möhkəmlənməsinə ali dövlət hakimiyyətinin yetirdiyi diqqəti dərin məmnunluq hissi ilə qeyd edirlər.

Hörmətli cənab Prezident, icazə verin, milli və beynəlxalq səviyyələrdə həmkarlar ittifaqı hərəkatına daimi dəstək göstərdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirim.

Möhtərəm İlham Heydər oğlu, ən xoş və səmimi arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Hörmətlə,

Vladimir Şerbakov

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Ad gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin. Sizin Azərbaycanın inkişafı naminə çoxşaxəli fəaliyyətiniz, fədakar əməyiniz ən yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə ürəkdən cansağlığı, tükənməz enerji, Azərbaycan Respublikasının firavanlığı və tərəqqisi yolunda fəaliyyətinizdə uğurlar arzu edim.

Zati-aliləri, Sizə və xanımınız Mehriban Arif qızına ən xoş arzularla firavanlıq və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi əlamətdar yubileyiniz - anadan olmağınızın 55 illiyi münasibətilə “Qazprom” Publik Səhmdar Cəmiyyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə daha böyük uğurlar arzularımızı qəbul edin.

Dərin hörmətlə,

Aleksey Miller

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm. 

BP şirkəti olaraq biz Azərbaycana böy

ük önəm veririk və gələn il buradakı fəaliyyətimizin 25 illiyini qeyd edəcəyimizdən qürur duyuruq. Bu illər ərzində biz regionda dünya səviyyəli bir sıra layihələr həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olmuşdur. Biz, həmçinin Azərbaycan Hökuməti ilə SOCAR-ın məhsuldar və etibarlı əməkdaşlığını yüksək qiymətləndirir, əmin olduğumuzu bildiririk ki, bu münasibətlər gələcəkdə də davam edəcək.

Hörmətlə,

Qordon Birrell

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə

regionu üzrə prezidenti

 

 

 

Read 159 times