Çərşənbə axşamı, 02 Fevral 2021 07:17
Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Humay Elçin qızı Əfəndiyeva Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilsin.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Sahibə Qafarova
Bakı şəhəri, 1 fevral 2021-ci il.
Published in
Hüquqi aktlar