XƏBƏR LENTİ

Şənbə, 15 Aprel 2017 13:36

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2 - 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

Azər Hacıqulu oğlu Həsrət - namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür;

Muxtar Kazım oğlu İmanov - namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;

Həsən Şahhüseyn oğlu Cəfərov - namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov

Bakı şəhəri, 14 aprel 2017-ci il.

 

 

 

Read 43 times