XƏBƏR LENTİ

Şənbə, 01 Oktyabr 2016 18:29

Azərbaycan Respublikası Milli Məclisi komitələri üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara  alır:

Kamran Telman oğlu Nəbizadə Milli Məclisin Gənclər  və idman komitəsinin, Cavid Həmid oğlu Osmanov Milli Məclisin Regional məsələlər komitəsinin, Gövhər Baxşəli qızı Baxşəliyeva Milli Məclisin Mədəniyyət komitəsinin üzvü seçilsinlər.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

O.Əsədov

Bakı şəhəri, 30 sentyabr 2016-cı il.

 

 

 

Read 53 times